Uniservice.az portalı Azərbaycanda təmir və tikinti xidmətləri sahəsində çox sayda elanlar təqdim edir.

Portalımız vasitəsilə evlərin təmir və dizaynı ilə məşğul olan şirkətlərin elanları ilə yanaşı, peşəkar ustaların təklif etdikləri rahat təmir xidmətlərindən də yararlana bilərsiniz. Evinizə, iş yerinizə, ümumilikdə olduğunuz məkana ən yaxın təmir, tikinti xidmətindən yararlanmaq artıq çox rahatdır. Portalımız müştərilərə ona ən yaxın ərazidə yerləşən elanı tapmaq imkanı yaradır. Burada santexnikadan tutmuş kombi, kompüter, mebel, nasos, lift təmirinə qədər gündəlik yaşam üçün vacib olan xidmətlərlə bağlı elanlar mövcuddur. Eviniz, bağ eviniz və yaxud iş yerinizdə kiçik həcmdə, və yaxud əsaslı təmir işlərinə ehtiyac yaranarsa portalımız bu məqamda da köməyinizə çatacaqdır.

Portalımızın təklif etdiyi xidmətlər bununla bitmir. Elektrik, malyar və dizayner axtarışındasınızsa saytımıza nəzər yetirməyiniz kifayətdir. Sizə ən yaxın ərazidə yerləşən peşəkar ustaların, istədiyiniz sahə üzrə xidmət göstərən şəxslərin yerləşdirmiş olduğu elanlar arasından seçim edərək rahat xidmətlərdən yararlana bilərsiniz. Axtarış bölməsində sadəcə ünvanınızı qeyd etməklə sizə ən yaxın qəsəbədə yerləşən xidmət göstərən şəxslərin elanları ilə qarşılaşacaqsınız. Axtardığınız xidmət bəlkə də bir addımlığınızdadır. Vaxt itirmədən portalımızda elanlara nəzər yetirin və sizə ən yaxın məsafədə yerləşən, ən münasib xidmətlərdən faydalanın.

Daha çox bax