Haqqımızda

Ümumi Ümumi

Uniservice.az portalı Azərbaycanda xidmət sahəsində öz işinin peşəkarı olan mütəxəssislər ilə keyfiyyət axtarışında olan müştəriləri bir araya gətirir. Portalımız usta, təlimçi, xadimə, müəllim, həkim, baytar və s. bu kimi çox sayda xidmət göstərən mütəxəssislərin elanlarını müştərilər üçün daha əlçatan edir. Evinizdə, iş yerinizdə və yaxud həyatınızın hər hansı bir dönəmində gözlənilmədən bir xidmətə ehtiyac duyduğunuzda Uniservice.az portalı sizin köməyinizə gələcəkdir. Bu cür xidmətlərdən yararlanmaq üçün artıq evinizi, iş yerinizi tərk etməli olmayacaqsınız və bununla da dəyərli vaxtınıza qənaət etmiş olacaqsınız. Portalın təklif etdiyi elanlar müştərilərin bütün istəklərinə, axtarışlarına cavab olacaqdır. Əsas üstünlüklərimizdən biri də, hər hansı bir xidməti müştəri üçün daha yaxın etməyimizdir. Belə ki, müştəri sadəcə portala daxil olaraq yaşadığı ünvanı seçməklə ona ən yaxın xidmət göstərən mütəxəssislərin elanları ilə qarşılaşacaqdır.

Missiyamız Missiyamız

Missiyamız portalımız vasitəsilə çox sayda elanları və xidmət təkliflərini müştərilər üçün daha səmərəli, daha rahat etməkdən ibarətdir. Həmçinin, amalımız peşəkar mütəxəssislərə daha geniş müştəri kütləsinə çatmaq üçün müvafiq şərait yaratmaq, müştəriləri isə bütün istədikləri nəticələr ilə təmin etməkdir.

Gələcəyə baxış Gələcəyə baxış

Layiq olduğunuz yüksək keyfiyyətli təkliflərdən yararlanmaq sizin də arzunuzdursa Uniservice.az portalı bu işdə sizə xidmət göstərməkdən çox məmnundur. Həm mütəxəssisləri, həm də müştəriləri portalımızın imkanlarından yararlanmağa dəvət edirik. Bunu etmək isə çox sadədir, saytımıza daxil olun və geniş sayda elanlardan faydalanın.

Məxfilik Məxfilik

Dəyərli istifadəçilərimiz, portalımızın bu hissəsində “Uniservice.az” veb saytında toplanan fərdi məlumatlarınızın necə emal olunması barədə ətraflı məlumat alacaqsınız. 

Nəzərinizə çatdırmaq istərdik ki, portalımız tərəfindən toplanan şəxsi məlumatlarınızın məxfiliyini təmin etmək əsas təhlükəsizlik tədbirlərimiz sırasında yer alır. Portalımızda qeydiyyatdan keçərkən təqdim etdiyiniz ad, soyad, telefon nömrəsi, elektron poçt ünvanı, şifrə, yaşayış ünvanı kimi məlumatlarınız heç bir halda üçüncü şəxslərə ötürülmür. Bütün bu tədbirlər isə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qüvvədə olan Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq tənzimlənir. 

Portalımız fərdi məlumatlarınızın emal olunması zamanı yüksək məxfilik və təhlükəsizlik qaydalarına riayət edir. 

Bəs toplanan şəxsi məlumatlarınızdan necə istifadə edirik? 


•    Yuxarıda qeyd etdiyimiz kimi tərəfimizdən ad, soyad, telefon nömrəsi, elektron poçt ünvanı, şifrə, yaşayış ünvanı ilə bağlı fərdi məlumatlarınız toplanır və ilk olaraq istifadəçilərimizi saytda baş verən əhəmiyyətli dəyişikliklər barədə məlumatlandırmaq üçün istifadə edirik;
•    Toplanan məlumatlarınız elanlar saytımızın sizə xidmət səviyyəsinin daha da artırılmasına tövhə verir;
•    Məlumatlarınız siz müştəriləri yeniliklərlə yanaşı, xüsusi kampaniyalar, xəbərlər, qiymətlər, reklam fəaliyyəti və portalımızda keçirilən xüsusi aksiyalar ilə bağlı xəbərdar etmək üçün əlaqə vasitəsi rolunu oynayır. 

Qeyd edək ki, məlumatlarınızın məxfiliyi ilə bağlı yer alan məlumat və qaydalar vaxtaşırı olaraq yenilənə və dəyişdirilə bilər. Bu zaman, edilən hər bir dəyişiklik barədə məlumat saytımızda yerləşdiriləcək və ya email vasitəsilə sizə göndəriləcəkdir. Bundan əlavə, hər hansı dəyişiklikdən xəbərdar olmaq üçün mütəmadi olaraq bu səhifəyə nəzər salmağınız məsləhətdir. 

Son olaraq bir faktı da nəzərinizə çatdıraq ki, saytımızda qeydiyyatdan keçməklə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan şəxsi məlumatların toplanmasına və istifadə olunmasına yazılı razılıq vermiş hesab edilirsiniz.

Şirkət rəhbərinin mesajı

Mütəxəssislərin yüksək professionallığı, hər kəsin faydalana biləcəyi münasib xidmətlər və müştərilərin hər bir istəyinə müvafiq nəticələrin tapılması bizi gələcəkdə də bu fəaliyyətimizdə lider mövqedə qərar tutmağımıza şərait yaradacaqdır. Xidmət sahəsinin inkişafına, daha da təkmilləşməsinə və müştərilərin daha keyfiyyətli xidmətlər ilə təmin olunmasına tövhə vermək gələcək planlarımız sırasındadır.