İstifadəçi şərtləri

Şərtlər və qaydalar Şərtlər və qaydalar

“Uniservice.az” elanlar saytının fəaliyyəti və portaldan istifadə qaydaları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq təşkil edilir.

 

Bu səhifədə sayt rəhbərliyinin səlahiyyətləri və istifadəçilərin portaldan istifadə qaydaları ilə bağlı lazımi məlumat əldə edəcəksiniz. 

 

Beləliklə, saytın administratoru sayt üzərində tam mülkiyyətə sahibdir və fəaliyyətini bu mülkiyyətə müvafiq olaraq tənzimləyir.

 

Portalın rəhbərliyi istənilən vaxt saytın görünüşünü, məzmununu, xidmətlərin sayını dəyişdirə, əlavə edə və yaxud silə bilər. 

 

Sayt administratoru lazım gəldikdə istifadəçi tərəfindən təqdim olunan elektron poçt ünvanı vasitəsilə istifadəçini hər hansı məsələ ilə bağlı məlumatlandırmaq hüququna malikdir. 

 

İstifadəçi portalda qeyd etdiyi şəxsi məlumatlarının məxfiliyinin qorunması və kənar şəxslərə ötürülməməsinə görə cavabdehdir və portalda adı və soyadı ilə edilən hər bir fəaliyyətə görə məsuliyyət daşıyır. 

 

İstifadəçi portalda yer alan elanları pulsuz olaraq nəzərdən keçirə bilər. 

 

İstifadəçilər qanunveriliciliyin tələblərinə uyğun gələn elanları saytda yerləşdirmək imkanına malikdir.

 

Bununla yanaşı, digər istifadəçilərin və yaxud üçüncü şəxslərin əqli mülkiyyət hüququnu pozan, təhqiramiz, nalayiq ifadələrin yer aldığı elanların portalda yerləşdirilməsi qadağandır. 

 

Həmçinin, portalımızda özündə qanunsuz, təhdid, həqiqətə uyğun olmayan, fırıldaq yönümlü məlumatları ehtiva edən elanların yerləşdirilməsi də yolverilməzdir. 

 

Sayt administratoru “İstifadə qaydaları”na zidd olan istənilən məzmunu, elanı silə, bu qaydalara riayət etməyən istifadəçiyə isə xəbərdarlıq etmədən onun hər hansı kateqoriyaya, və yaxud ümumilikdə sayta girişinə qadağa qoya bilər. 

 

İstifadəçi həmçinin mübahisəli məqamların həlli məqsədi ilə [email protected] elektron poçt ünvanından istifadə edərək sayt administratoru ilə əlaqə yarada və irad və təkliflərini irəli sürə bilər. 

 

İstifadəçi yuxarıda qeyd edilən müddəaları qəbul etməklə “İstifadə qaydaları” ilə bağlı təlimatlara riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.