Dəstək

FAQ

Bu bölmədə bizə tez-tez ünvanlanan sualların cavabını tapa bilərsiniz. Əgər sizin sualınız siyahıda yoxdursa, o zaman sualınızı bizə ünvanlayın, ən qısa zaman ərzində cavablayaq.

Uniservice nədir?

Uniservice.az portalı Azərbaycanda xidmət sahəsində öz işinin peşəkarı olan mütəxəssislər ilə keyfiyyət axtarışında olan müştəriləri bir araya gətirir. Portalımız usta, təlimçi, xadimə, müəllim, həkim, baytar və s. bu kimi çox sayda xidmət göstərən mütəxəssislərin elanlarını müştərilər üçün daha əlçatan edir. Evinizdə, iş yerinizdə və yaxud həyatınızın hər hansı bir dönəmində gözlənilmədən bir xidmətə ehtiyac duyduğunuzda Uniservice.az portalı sizin köməyinizə gələcəkdir. Bu cür xidmətlərdən yararlanmaq üçün artıq evinizi, iş yerinizi tərk etməli olmayacaqsınız və bununla da dəyərli vaxtınıza qənaət etmiş olacaqsınız.

Elan vermək üçün ödəniş varmı?

Xidmət elanlarını tamamilə ödəniş etmədən və yalnız qeydiyatdan keçəndən sonra yerləşdirmək mümkündür. Həmçinin siz elanınızı əlavə ödəniş etməklə VİP və ya Premium edə bilərsiz ki, öz yerini xüsusi bölmədə tapsın.

Qeydiyyatdan necə keçə bilərəm və qeydiyyatdan keçmək üçün ödəniş etmək lazımdırmı?

Uniservice.az saytında qeydiyyat ödənişsizdir. Qeydiyyatdan keçmək üçün sms qəbul edən aktiv nömrəniz olmalıdır. Qeydiyyatdan keçərkən nömrənizdə təsdiq kodu və e-mailinizə təsdiq linki göndəriləcəkdir. Sizin hesabınızın təhlükəsizliyi üçün hər iki məlumatı daxil etməlisiniz.

Şifrəmi necə dəyişə bilərəm?

Şifrənizi dəyişmək üçün ana səhifədən Daxil ol keçidinə keçirsiz, və Şifrəmi unutmuşam düyməsinə klikləyirsiz. Bu zaman sizin qeyd etdiyiniz e-mail ünvanına bərpa linki göndəriləcək. Şifrənizi maksimum təhlükəsiz etmək üçün böyük və kiçik hərflərdən, rəqəmlərdən və qarışıq simvollardan istifadə etmək tövsiyyə edilir. Şifrənizdə adınızı, soyadınızı, e-mail ünvanınızı və digər ictimai məlumatlarınızı istifadə etmək tövsiyyə edilmir. Şifrənizi itirməmək üçün onu təhlükəsiz yerdə saxlayın.

Tender elanı yerləşdirmək üçün hər hansı bir sənədə ehtiyyac varmı?

Uniservice.az saytında tender elanı yerləşdirmək üçün heç bir sənədə ehtiyyac yoxdur. Siz evinizi/ofisinizi tərk etmədən və çox vaxt itirmədən ana səhifədəki Tender elanı işarəsinə klikləyərək aktivləşən formanı tamamlayırsız. Sizin tender elanınız Uniservice.az komandası tərəfindən nəzərdən keçiriləcək və əldə etmək istədiyiniz xidmətlə bağlı şəxslər sizə yönləndiriləcəkdir.

Sizinlə necə əlaqə quraq?

Hazırda olduğunuz səhifənin aşağı hissəsində müraciət forması var. Bu formadan istifadə edərək həm istənilən sualları yönləndirə bilərsiniz həm də təkliflərinizi qeyd edə bilərsiniz. Formanı göndərdikdən sonra ən qısa zamanda əməkdaşlarımız tərəfindən sizinlə əlaqə saxlanılacaqdır. Həmçinin, *5252 nömrəsi ilə birbaşa çağrı mərkəzimizə zəng edərək, facebook və instagram səhifələrimizə yazaraq bizimlə əlaqə yarada bilərsiniz.

SUALLARINIZ

Əgər sizin sualınız siyahıda yoxdursa, o zaman sualınızı bizə ünvanlayın, ən qısa zaman ərzində cavablayaq.

Bu xana düzgün doldurulmayıb

Necə elan verməli?

Bu bölmədə elan vermək üçün prosesi addım-addım təsvir edən video dərsliyi izləyə bilərsiz. (Soon)