Portalımız peşəkar müəllimlərin geniş çeşidli elanlarını xidmətinizə verməkdən çox məmnundur.

Üstəlik, istəyinizə uyğun ən yaxın xidmət göstərən müəllimlərin elanları arasından seçim imkanı yaratmaqla vaxt itkinizə son qoyacağıq. Hər hansı bir xarici dil kursu, yaxud arzusunda olduğunuz bir sahə üzrə hazırlıq kursunun yerləşdiyi məkan sizə çətinlik yaradır? Uniservice.az bir çoxlarının bu başlıca problemini aradan qaldırır. Artıq dil kursu, sürücülük kursları, IT kursları axtarışında zaman itirməyəcəksiniz. Portalımızda axtarış bölməsində yaşadığınız şəhər, qəsəbəni seçməklə sizə ən yaxın müəllimlərin, xarici dil və həmçinin digər kursların elanları ilə tanış olacaqsınız. Bununla belə, övladınız üçün məktəbəqədər hazırlıq kursuna, yaxud müxtəlif fənnlər üzrə fərdi müəllimə, xüsusi tədrisə ehtiyacınız varsa Uniservice.az burada da köməyinə gələcəkdir. Axtardığınız xidmət bəlkə də bir addımlığınızdadır. Vaxt itirmədən portalımızda elanlara nəzər yetirin və sizə ən yaxın məsafədə yerləşən, ən münasib xidmətlərdən faydalanın.

Daha çox bax