Uniservice.az portalımızda sizə ən yaxın ərazidə yerləşən və münasib daşıma xidmətləri həyata keçirən şirkətlərin elanları yer alır.

Portalımız evdən evə daşıma, mebel daşıma, beynəlxalq yük daşıma, nəqliyyat yük daşımaları kimi xidmətlərin seçimində sizə köməklik göstərməkdən məmnundur. Axtarış hissəsində olduğunuz məkanın ünvanını qeyd etdikdə, portalımız sizə ən yaxın məsafədə, eyni qəsəbədə yerləşən və xidmət təklif edən şəxslərin, şirkətlərin elanlarını təqdim edəcəkdir. Arzusunda olduğunuz elan ilə qarşılaşaraq müxtəlif daşıma şirkətlərinin təklif etdiyi imkanlardan yararlanmaq şansına maliksiniz. Portalımızda nəqliyyat xidmətləri haqqında elanlar bununla kifayətlənmir. Belə ki, portalımızda maşınların kirayə verilməsi, rayonlara taksi sifarişi, avtomobilin evakuasiya olunması xidməti, port taksi kimi xidmətlər üzrə elanlardan da faydalana bilərsiniz.

Həmçinin, Uniservice.az portalımızda kuryer şirkətlərinin təklif etdiyi sərfəli kuryer xidmətləri də mövcuddur. Kuryer taksi xidməti tələb olunarsa elanlar sırasından ən sərfəli variantı seçə bilərsiniz. Portal ölkədaxili turist gəzinti xidməti ilə bağlı da xidmətinizdədir. Yük daşıma və ümumilikdə nəqliyyat xidməti ilə bağlı istənilən tələbinizi bu sahənin peşəkarlarına etibar edin. Axtardığınız xidmət bəlkə də bir addımlığınızdadır. Vaxt itirmədən portalımızda elanlara nəzər yetirin və sizə ən yaxın məsafədə yerləşən, ən münasib xidmətlərdən faydalanın.

Daha çox bax